Konfidensiallıq siyasəti
Reklam və Promo işləri ilə bağlı problem var? Bizim xidmət nömrəsinə zəng edin!
Sürətli Xidmət Tələbi
Sifariş Sorğusu Göndərin
Konfidensiallıq siyasəti
Reklam və Promo işləri ilə bağlı problem var? Bizim xidmət nömrəsinə zəng edin!
Sürətli Xidmət Tələbi
Sifariş Sorğusu Göndərin
Konfidensiallıq siyasəti
Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər www.bakureklam.az veb-saytı (bundan sonra “Biz”, “See Home” və ya “Veb-sayt”) ilə Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.
Bu Sənəddə “Baku Reklam” dedikdə, Baku Advertising Company MMC aid olan veb sayt nəzərdə tutulur.
Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulur.
Biz bu Sənədi İstifadəçilərin Veb-saytdan təhlükəsiz və etibarlı şəkildə istifadə etmələrini, həmçinin Veb-saytda etdikləri əməliyyatlar zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığının qorunmasını təmin etmək məqsədilə tərtib etmişik. Veb-saytdan istifadə etməzdən əvvəl bu “Konfidensiallıq Siyasəti” ilə tanış olmağınızı tövsiyə olunur.
Bu “Konfidensiallıq Siyasəti” Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktların tələblərinə uyğun hazırlanmışdır.
Veb-saytda İstifadəçi ilə Bizim aramızda baş verən fərdi məlumat mübadiləsi qanunçuluq, təhlükəsizlik və konfidensiallıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir.
İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllülük prinsipi əsasında təqdim edildiyi andan etibarən mühafizə olunur.
İstifadəçinin təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğum tarixi və yeri, cinsi, vətəndaşlığı, telefon nömrəsi, elektron poçt ünvanı, yaşadığı yer, iş yeri, fəaliyyəti, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun olaraq qorunur və İstifadəçinin yazılı razılığı olmadan, yaxud qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülmür.
Aşağıdakı hallarda məlumatlar İstifadəçinin razılığı olmadan müvafiq dövlət orqanlarına təqdim edilə bilər:
- Hüquq-mühafizə və məhkəmə orqanlarının rəsmi sorğusu olduqda
- Cinayət və ya inzibati xətaların qarşısının alınması məqsədilə
- Qanunvericiliyin tələblərinə uyğun digər hallarda
Veb-saytımızda digər internet resurslarına keçidlər (linklər) yerləşdirilə bilər. Həmin keçidlər vasitəsilə daxil olduğunuz saytlarda təqdim etdiyiniz məlumatların konfidensiallığına Biz təminat vermirik.
İstifadəçi fərdi məlumatlarını Veb-saytda təqdim etməmək hüququna malikdir. Lakin Veb-sayt vasitəsilə müəyyən xidmətlərdən istifadə etmək üçün qeydiyyat və bəzi məlumatların təqdim edilməsi zəruri ola bilər. Bu halda müvafiq məlumatlar təqdim edilmədikdə bəzi funksiyalardan istifadə mümkün olmaya bilər.
Baku Reklam gələcəkdə bu “Konfidensiallıq Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Bu dəyişikliklər qanunvericilikdə yeniliklər, xidmət keyfiyyətinin artırılması və ya Veb-saytın funksionallığının genişləndirilməsi ilə bağlı ola bilər. Hər bir halda, İstifadəçilərə məxsus fərdi məlumatların qorunması prinsipi əsas prioritet olaraq qalacaqdır.
Bu sənədlə bağlı hər hansı irad, təklif və ya şikayətiniz olarsa, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
Veb-sayt: www.bakureklam.az
E-mail: info@bakureklam.az
Telefon: +994 55 2368022
Haqqımızda
“Baku Advertising Company” MMC reklam və dekorativ həllər sahəsində 10 illik təcrübə malikdir. Bu müddət ərzində biz sadəcə xidmət göstərməmişik, məqsədyönlü şəkildə şirkətlərin brendlərinə güclü imiclər yaratmış, tərəfdaşlarımız üçün satış artımını təmin etmiş və yüzlərlə əlamətdar layihəni uğurla başa çatdırmışıq.
Ödənişsiz Konsultasiya
Mütəxəssislərimiz sorğularınızı tez və dəqiq cavablandırmağa hazırdırlar. Məsləhət və ilkin qiymətləndirmə ödənişsizdir.
Copyright © 2026 Baku Advertising Company
Powered By BAC Media.
Haqqımızda
“Baku Advertising Company” MMC reklam və dekorativ həllər sahəsində 10 illik təcrübəyə malikdir. Bu müddət ərzində biz sadəcə xidmət göstərməmişik, məqsədyönlü şəkildə şirkətlərin brendlərinə güclü imiclər yaratmış, tərəfdaşlarımız üçün satış artımını təmin etmiş və yüzlərlə əlamətdar layihəni uğurla başa çatdırmışıq.
Ödənişsiz Konsultasiya
Mütəxəssislərimiz sorğularınızı tez və dəqiq cavablandırmağa hazırdırlar. Məsləhət və ilkin qiymətləndirmə ödənişsizdir.
Copyright © 2026 Baku Advertising Company
Powered By BAC Media.